Milyonlarla İldir Bizim Üçün İşləyən İşçilər

İnsan bədənində yaradıldığı ilk andan etibarən xətasız olaraq işləyən qüsursuz sistemlər mövcuddur. Heç vaxt görmədiyimiz, səsini eşitmədiyimiz və qarşılaşmadığımız mikro ölçüdəki canlılar gündəlik həyatımızı asanlaşdırırlar. Bu canlılar, üstün bir yaradıcı olan Allah'ın bizim əmrimizə verdiyi saysız nemətlərdən yalnız bir neçəsidir.

Bağırsaqlarımızda bir çox bakteriya növünü ehtiva edən kiçik bir ekosistem var. Bu bakteriyaların hər növünün vəzifəsi fərqlidir və qidaların həzm edilməsindən vitaminlərin əmilməsinə qədər hər işi yerinə yetirirlər. Bağırsaqlarda yaşayan bu bakteriyalar ümumiyyətlə Escherichia coli adlanır. Escherichia coli tək bir xromosom spiralında təxminən 5000 genə malikdir. Bu da təxminən 3 hərfdən ibarət olan 1 milyon koda bərabərdir. Yəni sayı bir milyon olan xüsusi olaraq kodlaşdırılmış şifrə, bakteriyanın bütün xüsusiyyətlərini və edəcəyi bütün fəaliyyətləri təyin edir. Həmin bakteriyanın DNT-də daşıdığı bu fövqəladə məlumatın miqdarı və xüsusiyyəti təkamülçü bir qaynaqda bu şəkildə ifadə edilmişdir.

"DNT şifrəsi hüceyrəyə məlumatı çatdıran genetik bir dildir. Hüceyrə hər funksiyasına nəzarət etmək üçün DNT məlumatlarını istifadə edən çox kompleks bir quruluşdur. Tək hüceyrəli bir bakteriya olan E. colinin DNT-dəki məlumat miqdarı həqiqətən də çoxdur. Dünyanın ən böyük kitabxanalarının hər hansı birindəki bütün kitabların ehtiva etdiyi məlumatdan daha çoxdur." (http://www.origins.org/ offices/thaxton/docs/thaxton_dna.html - DNT, Design and The Origin of Life / Charles B. Thaxton, Ph. D. )

Bu canlının haqqında danışılan əməliyyatları necə meydana gətirdiyi və bu simbiotik həyatdan bir fayda əldə edib etmədiyi isə tam olaraq bilinmir. Bakteriyaların əldə etdikləri faydalarla əlaqədar bilinən tək məlumat, bu canlıların bəzilərinin bağırsaq hüceyrələrinə öz ehtiyaclarını çatdıraraq, onların şəkər ifraz etməsini təmin etdikləri və bu şəkəri qida kimi istifadə etdikləridir.

Bakteriyaların yaratdığı faydalarla bağlı məlumatlar bu qədərdir, amma bu ortaq həyatın insan üçün çox mühüm təsirləri var. Bakteriyalar insan bağırsağında olduqları müddətcə həzm və vitamin sorulması kimi bəzi əməliyyatları reallaşdırarkən, eyni zamanda zərərli bakteriyaların xəstəlik törətmələrinə də mane olurlar. Bakteriyaların köməyi ilə bağırsaqlar funksionallıq qazanarkən, immunitet sistemi də güclənir. Bu bakteriyalar insanda və bəzi məməli heyvanlarda K vitaminini təmin etmə vəzifəsini də yerinə yetirirlər.

K vitamini insanlar və gövşəyən bəzi canlılar üçün çox böyük bir əhəmiyyətə malikdir. Çünki bu canlılar K vitaminini yeməklərdən ala bilmirlər. Halbuki, bədənin bu vitaminə ehtiyacı var. Bu ehtiyac bakteriyalar sayəsində təmin edilir. Bakteriyalar canlının qəbul etdiyi tərəvəzlərdəki sellülozanı parçalayaraq, həzm edilə bilən qlukozaya çevirir və bədəni K vitamini ilə təmin edirlər.

Edilən bu əməliyyatlar əlbəttə olduqca detallı və həyati əhəmiyyəti olan kimyəvi əməliyyatlardır. Bu əməliyyatlar, yer üzündə var olan hər insanda eyni qüsursuzluq və eyni mükəmməlliklə yenə bakteriyalar tərəfindən reallaşdırılır. Ancaq bu əməliyyatların o qədər çox detalı var ki, bunların hamısı, sirri hələ də açılmamış ayrı bir şüur nümayişidir.