Səmadan gələn böyük təhlükə: meteoritlər

Siz bu sətirləri oxuyarkən atmosferin üst təbəqəsində meteorit bombardmanı baş verir. Fərqinə varmasaq da, Yer kürəsini əhatə edən atmosfer qatı bizi hər an böyük təhlükələrdən qoruyur.

Saniyədə 40 kilometr sürətlə Yerə yaxınlaşan meteoritlər atmosferə daxil olduqda sürtünmə nəticəsində yanmağa başlayır. Dünya üçün böyük təhlükə mənbəyi olan bu "kosmik bombalar" Yerə çatmadan təbii qalxan funksiyasını yerinə yetirən atmosfer qatında "əridilir". Statistikalar göstərir ki, bir ildə təqribən 50 000 meteorit Yerə çatmamış atmosferdə zərərsizləşdirilir (Asteroid Impact Risk: ESA Unveils Proposed Missions to Study Near Earth Objects, 27 sentyabr 2002: http://www. spaceref.com.

Ayın səthindəki kraterlər

Yer planetindən fərqli olaraq ayda atmosfer qatı yoxdur. Qoruyucu tavan olmadığından meteoritlər sərbəst şəkildə aya hücum edirlər. Ayın səthi diametri 40 kilometrə çatan kraterlərlə örtülüdür.

Allah var Bu kraterlərin hər biri keçmişdə baş vermiş böyük toqquşmaların günümüzə gəlib çatan izləridir. Əgər Yerin atmosfer qatı meteoritlərə qarşı qalxan funksiyasını yerinə yetirməsəydi, dünya bu təhlükəli göy daşlarının mütəmadi hücumuna məruz qalardı. Atmosfer qatının qalxan funksiyası Yer üzündəki bütün canlıların təhlükəsizliyini təmin edən ən əhəmiyyətli və həssas tarazlıqlardan birini təşkil edir.

Ancaq onu da qeyd etmək lazımdır ki, Yerin qoruyucu tavanı olan atmosfer qatı nəhəng meteoritlər qarşısında aciz qalır. Kilometrlərlə böyüklükdə olan asteroidlər (kiçik planetlər) atmosfer maneəsini asanlıqla dəf edə bilər. Diametri 50 metrdən çox olan göy cisimləri Yer üçün ciddi təhlükə hesab oluna bilər.

Bu günədək planetimiz dəfələrlə böyük meteorit hücumuna məruz qalmışdır. Aşağıdakı xəritədə indiyədək kəşf edilən 200 meteorit kraterinin yeri işarələnmişdir.

2002-ci il martın 15-də 100 metr diametri olan iri asteroid dünyanın 450 000 kilometr yaxınlığından keçdi. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən sadəcə 1,2 dəfə böyükdür. Əgər toqquşma baş versəydi, nüvə bombası partlayışından dəfələrlə böyük təsir yaradacaqdı.

Həmin il iyun ayının 22-də isə saatda 37.000 kilometr sürətlə hərəkət edən futbol meydançası böyüklüyündə asteroid Yerin daha yaxınlığından, 120 000 kilometrlik məsafədən keçdi. Linkoln rəsədxanasının rəhbəri Qrant Stoks bu barədə: "Bu olduqca yaxın məsafə idi...

Bu gün əldə etdiyimiz meteorit statistikalarına görə deyə bilərəm ki, ildə ən az 50 dəfə diametri 100 metrə yaxın olan meteoritlər Yerlə Ay arasındakı hər hansı bir nöqtədən keçir.",
dedi. (http://www. cqservices.com/MyCQ/News/)

Ən müasir texnologiya belə meteoritlərin qarşısını almağa qadir deyil.

Allah var2002-ci ildə dünyaya yaxınlaşan hər iki meteorit günəş istiqamətindən Yerə yaxınlaşdığı üçün günəşdən gələn işıq səbəbindən yalnız bir neçə gün sonra müəyyən edilmişdi. Kor nöqtə adlandırılan bu istiqamətdən Yerə yaxınlaşan meteoritləri əvvəlcədən müəyyən etmək heç cür mümkün deyil. Eyni zamanda, zəruri olan bir toqquşmanın yeri və forması əvvəlcədən dəqiq hesablansa da, ən müasir texnologiya belə bu toqquşmaya müdaxilə edə bilməz.

Yer planeti daima meteorit təhlükəsi ilə üz-üzədir. Hətta bu an sizin oturduğunuz məkana bir meteorit düşə bilər. Əgər İstanbul kimi əhalisi çox olan bölgələrdə yaşayırsınızsa, toqquşmanın fəsadları daha böyük, ölənlərin sayı isə qat-qat artıq olar. Meteoritin diametri 1 kilometrdən çox olarsa, Yerdə yaratdığı fəsadlar təsəvvürümüzə gətirdiyimizdən daha böyük olar. Meydana gətirdiyi toz buludu isə atmosferdə qalın təbəqə əmələ gətirərək, günəşdən gələn istiliyin qarşını ala bilər. Nəticədə isə uzun və soyuq qış mövsümləri hakim kəsilər.

Diametri bir neçə kilometrə çatan asteroid bir sivilizasiyanı bütünlükdə məhv etməyə qadirdir. Belə bir toqquşma nəticəsində Yer üzündə zəlzələlər, yanğınlar, vulkan partlamaları bir-birini izləyərək böyük fəlakətlər meydana gətirə bilər.

Qalaktika boşluğunda trilyonlarla asteroid, planet və kometlər daima hərəkətdədir. Bu planetlərdən biri olan Yer hər an bir meteoritin onu məhv etməsi təhlükəsi ilə üz-üzə olduğu halda, xüsusi atmosfer qatının dünyamızı qoruması böyük möcüzədir. Bu möcüzə Allah`ın qullarına göstərdiyi sonsuz mərhəmət və şəfqətin təcəllisidir. Allah Quran ayələrindən birində belə buyurmuşdur:

"Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər." (Ənbiya surəsi, 32)

Şübhəsiz ki, Yer kürəsində, o cümlədən kosmosda baş verən bütün hadisələr Rəbbimiz olan Allah`ın diləməsi ilə olur və atmosferi vasitə edərək Yeri qoruyan Allah sonsuz mərhəmətini üzərimizdə hər an təcəlli etdirir.

1908-Cİ İLDƏ 2000 KVADRAT KİLOMETR SAHƏ YERLƏ YEKSAN OLDU!

Allah varPartlayışdan 2 dəqiqə əvvəl çəkilmiş bir şəkil.

Ötən əsrin ən böyük meteorit fəlakəti 1908-ci ildə 30 iyunda Sibirin Tunquska bölgəsində baş vermişdir. Atmosferə daxil olan kimi yanmağa başlayan iri meteorit parçası Yer üzünə çatmamış 8000 metr yüksəklikdə partladı. Partlayışın təsiri ilə Yerin 2000 kvadrat metr sahəsindəki bütün canlı aləm məhv oldu.

Yer planetinin də yerləşdiyi günəş sistemində saysız-hesabsız meteorit mövcuddur. Astronomlar milyonlarla asteroiddən birinin orbitdən çıxaraq Yerlə toqquşma ehtimalını hər an diqqətdə saxlayırlar (Harun Yəhya, Kainatın Yaradılışı).

Məhz bu an belə bir asteroidin oturduğumuz əraziyə düşərək həyatımıza son qoyacağını heç düşündünüzmü?

3.5 MİLYON TON PARTLAYICI GÜCÜNDƏ

Digər məşhur meteorit toqquşması isə ABŞ-ın Arizona əyalətində yerləşən Barringer kraterinin yaranmasına səbəb oldu. 1,2 kilometr diametri olan 50 000 illik bu krater diametri 30-100 metr arasında olan bir meteoritin əsəri olduğu güman edilir. Partlayışdan sonra meydana gələn enerjinin 3,5 milyon TNT olduğu hesablanmışdır. Çox böyük həcmə sahib olmayan bu meteoritin belə böyük partlayış yaratmasına səbəb kimi tərkibindəki metal elementlər göstərilir. Meteoritin tərkibində nə qədər çox metal elementi olarsa, onun dağıdıcı qüvvəsi də bir o qədər güclü olar.

Dinozavrlar necə məhv oldular?

Meteoritlər iqlimdə də böyük dəyişiklərə səbəb olduğu üçün canlılar aləmi üzərində əhəmiyyətli təsirə malikdir. Təxminən 65 milyon il əvvəl dinozavr nəslinin qəflətən kəsilməsinə nəhəng meteoritin Yerlə toqquşması nəticəsində meydana gələn iqlim dəyişikliyinin səbəb olduğu güman edilir. 1990-cı ildəki tapıntı bu fərziyyəni sübuta yetirdi. Meksikanın Yukatan yarımadasında diametri 180 kilometr olan iri krater tapıldı. Bu krateri meydana gətirən meteoritin diametrinin isə 10 kilometr-ə çatdığı ehtimal olunur. Kompyuter vasitəsilə aparılan son hesablamalara əsasən müəyyən edilmişdir ki, toqquşma zamanı 18000 kub kilometr qaya və torpaq sahəsi bir anda əriyərək yox olmuşdur. Dinozavrlar da daxil olmaqla 70%-ə qədər canlı növünün nəsli bu dövrdə kəsildi (Beyond 2000. com: Crater Face 28 oktyabr 2002: http://www.beyond2000.com).)

"Həqiqətən, Allah göyləri və Yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır". (Fatır surəsi, 41)