Elm adamları heyrət içindədir: Qarğa özünə alət düzəltdi

Allah varBir qarğa ancaq insanlara aid ola bilən davranış nümayiş etdirərək elm adamlarını heyrətə saldı. Oxford Universitetindəki laboratoriyalarda davranışları araşdırılan və Betti adlandırılan qarğanın insandan sonra ən ağıllı canlı olaraq göstərilən şimpanzelərdən daha bacarıqlı olduğu aşkar edildi. Ekoloji Davranışlar Tədqiqat qrupunun apardığı araşdırmada qarğanın dərin qabdakı yeməyi yemək üçün hansı üsulları sınayacağı müşahidə edildi. Betti laboratoriyadakı incə metal çubuğu bükərək qarmağa çevirdi. Daha sonra da dərin qabdakı yeməyi oradan çıxarmağı bacardı. Bunun təsadüf olub-olmadığını anlamaq istəyən bir qrup ekspert Bettiyə eyni vəziyyəti 10 dəfə təkrar etdirdi. Amerika Birləşmiş Ştatlarının məşhur elmi jurnalı "Science"ın 9 avqust 2002-ci ildəki buraxılışında yerləşdirilən araşdırmanın rəhbəri olan professor Alex Kacelnik nəticəni belə qeyd edir: "Bunun təsadüf olmadığına özümüzü razı salmaq istəyirdik, buna görə testi 10 dəfə təkrarladıq. Heyvan 10 sınaqdan 9-da eynisini bacardı. "(http://news.bbc.co.uk/ 1/hi/sci/tech/218920.stm)

Betti metalı bükdüyü 9 sınaqda birbaşa metalı büküb enerji sərf etmək əvəzinə əvvəl düz haldakı çubuğu istifadə etdi. Ancaq nəticə ala bilməyəcəyini müəyyən etdikdən sonra metalı bükməyə başladı. Aparılan bütün sınaqlarda quşun yeməyi qabdan çıxarması 2 dəqiqəni keçmədi. Professor Kacelnik əlavə edir: "Hər sınaqda eyni üsulu istifadə etmədi. Bəzən bir ayağı ilə çubuğun üzərinə basarkən dimdiyi ilə digər ucu bükürdü və ya çubuğu qabın içindəki bir tikənin içinə salıb fərqli bucaqlardan basaraq bükürdü. Əgər ilk başda fayda verməsə və yeməyi çıxara bilməsə çubuğu qabdan çıxarıb onu tam uyğun şəkildə bükürdü."

Şüurun görünməyən mənbəyi

Bəs şüuru olmayan bu qarğa necə olur ki, belə bir mühakimə edə bilir? Bu suala cavab verməyə çalışan materialist fəlsəfənin müdafiəçisi olan elm adamları, hər şeyi maddə ilə izah etmək istəsələr belə yenə cavab tapa bilməyəcəklər. Materialistlərə görə şüur beyindəki elektrokimyəvi reaksiyaların nəticəsidir. Yəni beyin toxumasını meydana gətirən hüceyrələrin bir-birilərinə elektron alıb-vermələri şüuru meydana gətirmişdir. Halbuki, bu iddianın heç bir elmi əsası yoxdur. Şüurun beyinin harasında meydana gəldiyi, ya da hər hansı bir zəncirvari beyin fəaliyyətlərinin nəticəsi olduğu, çox inkişaf etmiş tomaqrafiya cihazları ilə belə müəyyən oluna bilməmişdir. XX əsrdə şüuru açıqlamaq üçün aparılan bütün elmi tədqiqatlar şüurun maddi təməlinin aşkar edilə bilmədiyini göstərir.

Allah var Belə olması da qaçınılmazdır. Çünki maddənin içində şüuru meydana gətirən qabiliyyət, əsas yoxdur. Şüurun mənbəyi zənn edilən beyinin hüceyrələri də şüursuz atomlardan meydana gəlib. Bu atomlar metalın elastikliyi, qabın dibindəki yeməyin vacibliyi, ya da onu oradan çıxaracaq üsullar haqqında bir şey "bilmirlər". Üstəlik o yeməyi yemək "istəyə bilməzlər". Həmçinin bizi biz edən şəxsiyyətimiz də bu atomlardan ortaya çıxır. Boz və yaş ət parçası milyardlarla fərqli insanda fərqli şəxsiyyətləri necə meydana gətirə bilir? Karbon, oksigen və ya hidrogen atomları bədənimizi və duyğularımızı necə istiqamətləndirəcəklərini haradan bilirlər?

Həqiqətən də şüur möhtəşəm bir anlayışdır və maddə ilə açıqlanması qeyri-mümkündür. Bir sözlə şüur möcüzədir.

Şüura dair materialist düşüncələri olan təkamülçü alim Julian Huxley bu mövzudakı çarəsizliyini belə ifadə etmişdir:

"Sinir hüceyrəsinin təkan verici hərəkəti nəticəsində heyrətamiz hadisə olan şüurun əmələ gəlməsi, eyni ilə Ələddinin lampası nağılında cinin görünməsi hadisəsi qədər anlaşılmazdır...." (The Problem of Consciousness, Colin McGinn, Athenaum Press Mmm, Gateshead, Tyne & Wear, 1991, səh. 1)

İnsan şüurunun mənbəyi: ruh

Allah varBəs şüurun mənbəyi nədir? Bu mənbə maddə olmadığına görə bu sualın cavabı maddi dünyadan çıxdığına görə, elmin də xaricinə çıxır, "mənəvi" dünyaya daxil olur. Bu mövzuda bizə yol göstərən yeganə mənbə Qurani -kərimdir. Allah insanı yaratmış və ona Öz ruhundan üfləmişdir:

"Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!" (Səcdə surəsi, 7-9)

İnsanlardakı şüurun mənbəyi ruhdur. Düşünən, hiss edən, kədərlənən, sevinən, xatirələri olan varlıq şüursuz atomların cəmi olan beyin deyil, insanın ruhudur. İnsan şüurunu maddə ilə izah etməyə çalışan materializm məhz bu səbəbdən çıxılmaz vəziyyətdədir.

Heyvanlardakı şüurun mənbəyi: ilham

İnsanlardakı şüurun mənbəyi ruhdur, ancaq heyvanların ruhu yoxdur. Bəs bu vəziyyətdə heyvanlarda da vaxtaşırı rast gəlinən və izahı çox çətin olan şüurlu hərəkətləri necə açıqlaya bilərik? Bu mövzuda yenə Qurani-kərim bizə yol göstərir. Allah Quranda bal arısının hərəkətlərini ona ilham etdiyini belə bildirir:

"Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.." (Nəhl surəsi, 68-69)

Ayələrdə xəbər verilən sirr arılar haqqında aparılan elmi araşdırmaların nəticələri ilə də uyğun gəlir. Tədqiqatlar arıların qurduqları pətəklərin və bal istehsalı üçün gördükləri işin yüksək dərəcədə həssas riyazi hesablamalara əsaslandığını göstərmişdir. Riyaziyyat və geometriya sahəsində mütəxəssislərdən başqa, insanların belə bacara bilməyəcəyi bu həssas nizamların sirri Allah'ın bu canlıya verdiyi xüsusi ilhamdır.

Məhz alimləri qarışıqlığa salan Betti adlı qarğanın şüur nümayişini də bu sirr sayəsində araşdırmaq lazımdır: Qarğaya bu davranışını Allah ilham etmişdir. Qarğanı yaradan, ona qanadlarını, gözlərini və digər bütün sahib olduqlarını verən Allah qarğaya bu bacarığı vermişdir. Kainatdakı qüsursuz dizaynla sonsuz uyğunlaşma və tarazlıq da uca Allah'ın əsəridir.

Mövzunun başqa bir diqqət çəkici tərəfi isə Allah'ın qarğaya ilham etdiyinə dair məlumatın Quranda keçməsidir. Bu həqiqət hz. Adəmin oğullarının hekayəsindədir. Oğullardan biri təkəbbürlənən və qısqanc biridir. Hətta qardaşını buna görə öldürmüşdür. Allah isə bir qarğaya ilham edərək ona dərs verir. Bunu xəbər verən ayələrdə belə buyurulur:

"Allah, yeri eşələyən bir qarğa göndərdi ki, (ölmüş digər bir qarğanı basdırmaqla) ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: "Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?" Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu. " (Maidə surəsi, 31)

Canlılar dünyasında gördüyümüz bu kimi heyrətamiz davranışların sirri buradadır. Elm bu davranışları bəzən "instinkt" adlandırır, amma izah kimi görünən bu açıqlama əslində izah deyil, yalnız adlandırmadır. İnstinktin qaynağı nədir sualı həmişə cavabsızdır. Bəzi nümunələrdə isə (Betti qarğası nümunəsində olduğu kimi) canlıların göstərdiyi şüurlu davranışı "instinkt" olaraq belə təyin etmək mümkün deyil. Əslində bütün bunlar bizlərə Allah'ın canlılar üzərindəki hakimiyyətini göstərən dəlillərdəndir.

"Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah'dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah'ın hər şeyə qadir olduğunu və Allah'ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz." (Talaq surəsi, 12)

Betty zəkanın mənbəyinə dair təkamülçü fərziyyələri alt-üst etdi.

Qarğanın belə kompleks davranış göstərə bilməsi təkamülçü alimlərdə böyük sarsıntı yaratdı. Təkamül nəzəriyyəsinə görə insanlardan sonra ən ağıllı canlılar primatlar və primatların arasından da insana ən yaxın canlı olan şimpanzelər idi. Şimpanzelərin sadə alətlər istifadə edə bildiklərini hamımız görmüşük. Bu günə qədər çətinliklərin həlli istiqamətində insanlardan sonra ən qabiliyyətli canlının şimpanzelər olduğu iddia edilirdi. Buna görə Betty üçün təkamülçü qaynaqlarda belə bir açıqlama verildi: "Bu qarğa ən yaxın qohumlarımızı belə pis vəziyyətdə qoydu." (http://news.bbc.co.uk/1/hi/sci/tech/2178920.stm)

Bu qarğanın təkamül nəzəriyyəsinin əsaslarından birini əsassız etdiyi aydın olur. Kacelnik bu həqiqəti belə açıqlayır:

"Heyvanlar arasında ən ağıllı primatların olduqlarını düşünürük, çünki bizə ən yaxın növ onlardır. Ancaq bu heyvan (Betti) gördüyümüz hər hansı primatdan daha ağıllıdır. Bu günə qədər insanlara quşlardan daha yaxın olan primatlar üzərində aparılan təcrübələrdə şüurlu alət istehsalı və ya insanlarda olduğu kimi fiziki qanunları mühakimə qabiliyyəti müşahidə olunmayıb. Alət istehsalı və istifadə daim üstün zəkanın əlamətləri olaraq qəbul edilmişdir. İndi isə bir quş bu mövzuda biz insanların ən yaxın qohumlarından daha irəli olduğunu göstərmiş oldu".

Allah var Corvus moneduloides növünə aid bu qarğalar Sakit okeandakı New Caledonia adasında yaşayırlar. Bu canlıların kol-koslardan istifadə edərək qida əldə etdikləri məlumdur. Ancaq Bettinin laboratoriyada bükdüyü metal çubuq təbiətdə olmayan vasitədir. Həmçinin təbiətdəki kol-kosların metal kimi bir dartılma xüsusiyyəti olmur. Başqa sözlə, bu çox heyrətamiz nəticədir. Çünki heyvan metal çubuğu ətrafdakı digər obyektlərin arasından seçir və bunu müəyyən işi görməkdə vasitə olaraq istifadə edir. Bettinin davranışındakı ağılın təməli elm adamları üçün tapmacadır. Araşdırmanı reallaşdıran elm adamları bu açıqlamanı edir:

"Ortada təqlid edə biləcəyi bir model yox idi… Heyvanların təcrübələri olmadan, obyektləri vasitə olacaq şəkildə şüurlu olaraq dəyişdirə bilmələri haqqında demək olar ki, heç bir şey bilmirik"

Alimlərin də ifadə etdiyi kimi, Bettiin bu davranışının zahirən heç bir təməli yoxdur. Tamamilə qeyri-ixtiyari olaraq ortaya çıxır. Amma ağlımız bizə bu davranışın meydana gəlməsi üçün düşünmə müddətinin lazım olduğunu söyləyir. Ancaq həmin canlı fındıq qədər beyinə belə sahib deyil və düşünmə qabiliyyətindən tamamilə məhrumdur.