Əl fənəri balığı

Allah varGecə olduqda, əl fənəri balığı qayalıqlarda, ya da mərcanların arasında gizləndiyi yerindən çıxır. Hər hansı bir işığa qarşı çox diqqətlidir və əgər ay işığı çox parlaqdırsa, ya da hər hansı bir dalğıcın işığını görsə dərhal gizlənir. Qaranlığın təmin etdiyi təhlükəsizliklə birlikdə əl fənəri balığı işığını, ovunu tapa bilmək, düşmənlərini çaşdıra bilmək və eynicinsliləri ilə ünsiyyət qurmaq üçün istifadə edir. Parlaq işıqlar gözlərinin altındakı böyük orqanlar tərəfindən yaradılır. Bu orqanlar balığın qanına qarışan oksigen və şəkərlə qidalanan işıq saçan milyonlarla bakteriyadan meydana gəlir. Balıq işığı açıb bağlaya bilir və yemək axtararkən istədiyi səmtə çevirir. Yaratdığı işıq o qədər güclüdür ki, otuz metrlik məsafədən belə görünə bilir. Əslində, tək bir əl fənəri balığından gələn işıq belə kiçik bir otağı işıqlandırmaq üçün kifayətdir. Əl fənəri balığı bir növ pəncərə qapağı funksiyası yerinə yetirən göz qapaqları sayəsində işığını yandırıb, bağlaya bilər.

(Anidə Ganeri, Creatures That Glow en The Dark, s. 12-13)

Əl fənəri balığının olduğu bölgədə yaşayan yerli xalq bu balıqları tutur, işığın parladığı hissəni çıxarır və bu hissəni balıq ovlarkən yem olaraq istifadə edirlər. İşıq orqanı balıq öldükdən saatlarla sonra belə parlamağa davam edir.