Kiçik canlılardakı dizayn möcüzələri

Böcəklərin həssas antenaları, xəbərləşmək üçün istifadə etdikləri kimyəvi maddələr, robot kimi hazırlanmış bədənləri, hər cür şəraitdə yaşamalarını təmin edən quruluşları, müdafiə etmə və hücum məqsədi ilə istifadə etdikləri zəhərləri, digər canlılarla yaşadıqları ortaq həyat tərzləri, ov etmə və kamuflaj taktikaları kimi saysız-hesabsız xüsusiyyət bir-bir araşdırıldıqda ortaya heyrətamiz dizayn möcüzəsi çıxır.

Allah var Digər canlılarla müqayisə edildikdə, böcəklərin çox xüsusi yeri var. Fosil qeydlərindən aydın olduğu kimi, böcəklər ən az 400 milyon ildir ki, varlıqlarını davam etdirirlər. Bu dövr ərzində, müxtəlif fəlakətlər yaşanmış, dünyadakı heyvan növlərinin böyük qismi yox olmuşdur. Böcəklər bu hadisələrdən bəlkə də heç təsirlənməyən canlılardan biridir. Malik olduqları üstün dizaynla hər cür mühitdə yayılmış və çoxalmışlar. Çöldə, meşədə, göllərdə, vulkanlarda, isti sularda, buzlaqlarda, qısacası, hər yerdə böcəklərə rast gəlmək mümkündür. Məsələn, bəzi böcəklər bir növ anti-friz hasil edərək bədən mayelərinin donmasına mane olurlar. Bu şəkildə Himalay dağlarının yüksək təpələrində, bəziləri də Səhra çöllərində 47°C-dən artıq istilikdə yaşaya bilirlər.

Böcəklərin növü və sayı o qədər çoxdur ki, alimlər bu mövzuda qəti bir rəqəm verə bilmirlər. Son araşdırmalara görə, böcək növlərinin təxmini sayı 2-30 milyon arasındadır. Bu növlərin içində yalnız 370.000 ədədi təyin olunmuş, həmçinin 15.000-ə qədər qalıqlaşmış böcək növü tapılmışdır. Bu gün bilinən heyvan növlərinin dörddə üçünü böcəklər təşkil edir və təxminən sayları 1 trilyondan çox, cəmi ağırlıqları isə 2.7 milyard ton olaraq ifadə olunur. Bu rəqəm 45 milyard insanın cəmi ağırlığına bərabərdir. Yəni yaşayan hər insan başına 170 milyondan çox böcək düşür. Bu inanılmaz ədədlərdən də aydın olduğu kimi, böcəklər həm sayları ilə, həm malik olduqları dizaynları, həm də qida zəncirində ən əhəmiyyətli halqalardan birini meydana gətirmələri ilə bizə əhəmiyyətli mesajlar verirlər.

Şübhəsiz ki, təkamülçülər böcəksiz dünyada yaşamağı çox istəyərdilər. Bu canlıların fosil qalıqlarının birdən ortaya çıxmaları, heç bir təkamülləşmiş əcdada sahib olmamaları, çox kompleks orqanlara malik olmaları və ən əhəmiyyətlisi də bu qədər çox müxtəliflik göstərmələri təkamül nəzəriyyəsi ilə məntiqli olaraq cavablandırılması olduqca çətin olan problemlər yaradır.

Böcəklərdəki dizayn

Milyonlarla böcək növünü tək-tək araşdırsaq, hər birinin fərqli dizayna malik olduğunu görərik. Yalnız qanadlarındakı fərqlərə görə, bir-birinə bənzəməyən bir çox növü var. Məsələn, kəpənəyin qanadları ilə ağcaqanadın qanadları tamamilə fərqli dizayna malikdir. Eyni şəkildə iynəcə ilə çəyirtkə, hamamböcəyi ilə qarışqa, arı ilə birə böcək olduqları halda çox fərqli dizayna malik olan, dəqiq sayı müəyyən olunmamış milyonlarla böcək var. Böcəklərin hər birindəki xüsusiyyətləri burada bir-bir araşdırmağımız mümkün deyil, ancaq böcəklərin quruluşlarındakı bəzi ortaq dizaynları araşdıra bilərik.

Xarici qabıq

Allah var Böcəklərin skeleti olmur. Bunun əvəzinə bədənlərini zireh kimi örtən xarici skeletə malikdirlər. Həmin bu zirehin əsas maddəsi xitindir. Xitin çox yüngül və incədir. Bu səbəbdən, böcəklər onu daşımaqda heç bir zaman çətinlik çəkmirlər. Böcəyin bədənini çöldən örtməsinə baxmayaraq, skelet funksiyası daşıyacaq qədər möhkəmdir. Amma eyni zamanda da çox elastikdir. Bədən içindən ucları özünə bağlı olan əzələlərin dartılıb genəlməsi ilə hərəkət edə bilir. Bu böcəklərə hərəkətlərində tezlik qazandırdığı kimi, gələcək zərbələrin təsirini də azaldır. Üzərindəki xüsusi örtük maddəsinə görə içəri su keçirmir. Bədən içindəki mayeləri də çölə buraxmır. İstidən, hətta radiasiyadan da təsirlənmir. Çox vaxt mühitə tam uyğunlaşma təmin edəcək rəngdə olur. Xitin maddəsi alimlərin və dizaynerlərin süni olaraq yaratmağı xəyal etdikləri maddədir. Xüsusilə Birinci Dünya Müharibəsindən etibarən, xitindən istifadə edilərək istehsal edilə bilən vasitələrin dizaynı həyata keçirilmişdir.

Uçuş sistemləri

Allah var Böcəklərin fərqli uçma texnikaları isə digər ağıllı dizayn nümunəsidir. Kral kəpənəyi Şimali Amerikadan Orta Amerikaya qədər uça bilir. Ağcaqanadlar və iynəcələr isə havada asılı dayana bilirlər. Böcəklərin qanadları da fərqli dizaynlara malikdir. Bəzi böcəklərdə iki, bəzilərində dörd qanad var. Bəzi böcəklərin qanadları içəri qatlanır və üzərində qoruyucu bir qabıq var. Bəziləri pərdə qanadlı, kəpənək kimi böcəklər isə pulcuq qanadlıdır. Hər qanad növü özlüyündə mükəmməllik nümayiş etdirir. Böcəklərin qanad oynağı, mükəmməl dartılma xüsusiyyətləri olan resilin adlı xüsusi zülaldan meydana gəlmişdir. Həm təbii, həm də süni kauçukdan daha üstün xüsusiyyətləri olan bu maddə laboratoriyalarda kimya mühəndisləri tərəfindən yaradılmağa çalışılır. Resilin əsnəmə-bükülmə vasitəsi ilə üzərinə yüklənən bütün enerjini depolayan və üzərinə təsir edən qüvvə götürüldükdə bu enerjini tamamilə geri verə bilən maddədir. Bu baxımdan qiymətləndirdikdə resilinin səmərəsi 96% kimi çox yüksək dəyərə çatır. Məhz buna görə qanadın yuxarı qaldırılması əsnasında xərclənən enerjinin təxminən 85%-i depolanır və aşağı qanad hərəkətində bu enerji yenidən istifadə edilir. Sinə divarları və əzələlər də bu enerji təcrübəsinə şərait yaradan xüsusi quruluşda yaradılmışdır. Bunun nəticəsində böyük enerji yaranır və qanadların saniyədə 200 (bal arısı), hətta 1000 (mığmığa) dəfə titrəməsini təmin edir.

Ayaqlar

Allah var Çox sadə canlı olan qarışqaların ayaqlarını tədqiq edən alimlər həm mükəmməl dizayn, həm də robot istehsalçılarına ilham verəcək sistemlə qarşılaşdılar. Massachusetts Universitetinin bioloqlarından Elizabeth Brainerd və qrupu Harvard və Würzburg Universitetləri ilə ortaq olaraq qarışqaların və arıların tavan kimi səthlərdə tərs və şaquli olaraq yeridiklərini araşdırmış və maraqlı nəticələr əldə etmişlər. Şüşə səthlərdə sürətlə irəliləyən arılar və qarışqalar kameraya çəkilmiş və bu böcəklərin ayaqlarında olan yapışqan orqanların digər canlılardan fərqli olduğu ortaya çıxmışdır. Nümunə olaraq bir növ kərtənkələ növü olan geko götürülmüşdür. Gekoların ayaqlarındakı yapışqan yastıqlar hər addımın sonunda yapışdığı səthdən sıyrılmışdır.

Bu isə yavaş və statik hərəkətə gətirib çıxarır. Böcəklərdəki sistem isə daha dinamik quruluşdadır. Brainerd bu mövzuda belə açıqlama vermişdir:

Qarışqaların və arıların ayaqları heyrətverici dərəcədə kompleks quruluşludur. Mikroskopla araşdırıldıqda, hər bir ayaq öküzün buynuzlarına bənzəyən bir cüt pəncəyə malikdir, bu pəncələrin arasında yerləşmiş arolium adlı yapışqan ayaq yastıqları var. Böcək səthdə qaçdığı zaman pəncələr səthi tutmağa çalışırlar. Əgər pəncələr səthi tuta bilməsə, geri çəkilirlər və yapışqan yastıqlar fəaliyyətə başlayır. Ayaq yastığı sürətlə açılır və qanla şişir və pəncələrin arasından çıxaraq yapışqan yastığın səthə yapışmasını təmin edir. Daha sonra sönür və geri qatlanır. Bütün bu proses yalnız saniyənin on və ya yüzdə biri qədər müddətdə tamamlanır və hər addımda təkrarlanır. Həmçinin ayaq yastığı yaş kağız parçasının pəncərə şüşəsinə yapışması kimi, böcəklərin yumşaq səthlərə yapışmasını təmin edən maye ifraz edir. (http://www.sciencedaily.com)

Tədqiqatçılar pəncələrin hərəkətinə nəzarət edən tendonların yalnız pəncələrin geri çəkilməsindən deyil, ayaq yastığını hərəkət etdirməkdən də məsul olduğunu aşkar etmişlər. Bu sistem mexaniki və hidrolik sistemlərin birləşməsi ilə meydana gəlmiş mükəmməl dizayndır. Robot istehsalçıları bu sistemi təqlid edərək tibbdə istifadə ediləcək kiçik robotların istehsalı üzərində çalışırlar.

Antena

Allah varBöcəklərin antenaları da xüsusi dizaynla yaradılmışdır. Bu canlılar mühitlərində baş verən hadisələrdən antenaları sayəsində xəbərdar olurlar. Xəbərləşmək üçün istifadə etdikləri kimyəvi maddələr antenalar tərəfindən tutulur və analiz edilir. Antenalar bəzən buynuzcuq olaraq qiymətləndirilsə, də əsl vəzifələri böcəyə həssas qoxu duyğusu təmin etməkdir. Antenanın üzərində çox sayda qoxu siniri sıralanmışdır. Bu sinirlər vasitəsi ilə böcək yeməkləri iyləyir, qarşı cinsə aid feromon adlı kimyəvi xəbərçiləri və ya qoxu daşıyan molekulları müəyyən edir. Bu antenalar qarışqa, balarısı kimi böcəklərdə növü təyin etmə və kimyəvi ünsiyyət üçün də istifadə edilir. Bu canlılar qarşı tərəfə antenaları ilə toxunaraq aldıqları kimyəvi siqnalları analiz edir və qarşı tərəfin dost, yoxsa düşmən olduğunu müəyyən edirlər. Ağcaqanadlar antenaları ilə səsləri də ayırd edə bilirlər. Həmçinin antenalar estetik görünüşün meydana gəlməsində də əhəmiyyətli rola oynayır.

Böcəklərin yuxarıda izah etdiyimiz kitabxana dolu kitablara mövzu olan xüsusiyyətləri əslində bu canlılar haqqında bildiyimiz məhdud məlumatın nəticəsində ortaya çıxmışdır. Daha kəşf edilməmiş və ya araşdırılmamış milyonlarla böcək var və bunların hər biri fərqli dizayna malikdir.

Bu həqiqətlər qarşısında insanın öhdəsinə düşən isə acizliyini və Allah'a olan möhtaclığını dərk edə bilməsi və Allah'ın gücünü təqdir etməsidir.

"Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə bir vəkildir". (Ən'am surəsi, 102)