Bir böcəkdən ilham almaq

Ağcaqanadların müasir dövrün təyyarələrindən daha üstün uçuş qabiliyyətinə malik olduqları hər kəsə məlumdur. Belə ki, bir ağcaqanad kimi uça bilən miniatür təyyarələr mühəndislərin xəyallarını bəzəyir. Məsələn, kosmos və hava sənayesinin xəyalı olan Marsa səfər layihələrində planetə eniş edə biləcək təsirli manevr qabiliyyətinə malik olan robotlara əhəmiyyətli vəzifələr düşür. Kəpənəklər etdikləri hava akrobatikası ilə bu cür robotlara ilham qaynağı olmaqda əhəmiyyətli yer tuturlar. NASA və Georgia Tech təşkilatlarından olan elm adamları Mars səthinə enə bilən və səthdə irəliləyə bilən robotlar hazırlayırlar. Böcəklərdən ilham alan bu robotlar "entomopter" adlandırılırlar. (http:// www.spacedaily.com/ news/ mars-plane-01a.html)

Allah var Hal-hazırda 15 santimetrdən daha kiçik qanad genişliyinə malik olan təyyarələr istehsal etmək mümkün deyil. Çünki bundan daha kiçik qanadlar qaldırma qüvvəsi meydana gətirə bilməyəcək qədər kiçikdir. Daha kiçik olan ağcaqanadlar isə xırda qanadları ilə mükəmməl uçuşlar edə bilirlər. Qanadların təmin etdiyi qaldırma qüvvəsi vahid sahəyə nisbətləndikdə ağcaqanadların təyyarələrdən 10 qat daha üstün olduğu ortaya çıxır. (Harun Yəhya, Biomimetika)

15 santimetr uzunluğundakı təyyarələr mini kameralar yerləşdirilərək 100 metr yüksəklikdən uçurula bilir və casusluq məqsədi ilə istifadə edilir. ABŞ-ın Kaliforniya əyalətindəki AeroVironment adlı şirkət illərdir ki, bu təyyarələrin istehsalını həyata keçirir. Layihənin lideri Matt Keennon bir ağcaqanad kimi havada asılı vəziyyətdə qala bilən, ani manevrlər edə bilən, dik səthlərə qoyula bilən və uzaqdan əmrlə idarə olunan bir robot-ağcaqanad yaratmaq istəyir. Ancaq müasir dövrün texnologiyası ağcaqanadları bu yöndə təqlid etmədə qənaətbəxş deyil. Ağcaqanad uçuşunun təqlid edilə bilməyəcək qədər kompleks olması, kiçik bir canlının etdiyi hərəkətləri insanın tam olaraq təqlid edə bilməməsi də Allah'ın izni ilədir. Allah Quranda ağcaqanaddakı yaradılış möcüzəsini belə xəbər verir:

"Ey insanlar, (sizə) bir nümunə verildi; indi onu dinləyin. Sizin, Allah'ın xaricində tapınmaqda olduqlarınız - hamısı bunun üçün bir yerə toplansalar belə - həqiqətən bir ağcaqanad belə yarada bilməzlər. Əgər ağcaqanad onlardan bir şey götürsə, bunu da ondan geri ala bilməzlər. İstəyən də gücsüz, istənilən də." (Həcc surəsi, 73)