Həkim qarışqalar

Allah var Xəstə bir yaxınınızı ziyarət etmək üçün xəstəxanaya getdiyinizi düşünün. Xəstəxanada girişdən başlayaraq bir çox gigiyenik tədbirlə qarşılaşırsınız. Ayaqlarınıza neylon torbalar geydirilir, tez-tez yerlərin təmizləndiyini görürsiniz. Həkimlər önlük, maska və əlcək istifadə edərək xəstələrin mikrobla təmas riskini aradan qaldırmağa çalışırlar. Otaqlar nizamlı olaraq ultrabənövşəyi şüalarla mikroblardan təmizlənir...


Bütün bu tədbirlər insanların mikrobların zərərli ola biləcəyini əvvəldən düşünərək aldıqları tədbirlərdir.

Alimlər qarışqalarda da bənzər davranışa rast gəldikdə çox heyrətləndilər. İsveçli bioloq Michel Chapuisat Formica paralugubris cinsindən olan qarışqaların yuvalarında xüsusi bir qətran yığdığını aşkar etdi. Yuvalarının ətrafındakı qozalı şam ağaclarından qətran daşıyan qarışqaların bir məqsədi olduğunu düşündü. Chapuisat və qrupu qatranlı və qatransız yuvalar üzərində bəzi təcrübələr apardılar. Bu təcrübələr nəticəsində qətransız yuvada üç dəfə çox göbələk törədiyi və xəstəliyə səbəb olan bakteriyalarda artım olduğu göründü. Qarışqalar antiseptik xüsusiyyət daşıyan bu qətranı yuvalarına yığırdılar! Qarışqa yuvalarındakı qətranın tərkibindəki xüsusi kimyəvi maddə xəstəlikləri yuvalarından uzaq tuta bilən bir birləşmə idi. (Harun Yəhya, Qarışqa möcüzəsi)

Qarışqaların bu hərəkəti elm adamlarının da diqqətini çəkdi. Fransız ekoloq M. Lambrechts tədqiqatını açıqlayarkən bunları söylədi: "Heyvan davranışlarını araşdırsaq, insanların istifadə edəcəyi kimyəvilər tapa bilərik" (http://www.nature.com/nsu/030106 /030106-2.html)

Bir qarışqanın mikroblara qarşı tədbir alması, həll olaraq qətranı istifadə edəcəyini bilməsi möcüzəvi bir davranışdır. Əvvəlcə qarışqanın qətranın xəstəliyin qarşısını aldığını anlaya bilməsi üçün qətranlı və qətransız yuvalar arasında müqayisə aparması və iki yuva arasındakı fərqi qəbul edə bilməsi lazımdır. Əlbəttə ki, kiçik bir qarışqanın belə üstün ağıl tələb edən davranışlar göstərməsi özünə xas bir xüsusiyyət deyil. Qarışqalar da digər bütün canlılar kimi Allah'ın nəzarətindədirlər.