Mars səfəri və kəpənəklər

Allah var Mars səfəri və kəpənəklər arasında necə bir əlaqə ola bilər? Bu sualın cavabını kəpənəklərin aerodinamik qabiliyyətini təfərrüatı ilə kəşf edən elm adamları verir.

Aparılan son bir araşdırma möcüzəvi naxışları olan kəpənəklərdəki üstün aerodinamik qabiliyyəti ortaya çıxardı. 12 ildir ki, böcək uçuşunun aerodinamikasını araşdıran Oxford Universitetindən Dr. Adrian LR Thomas uçuş əsnasında qanadların hava ilə necə bir qarşılıqlı təsir içində olduğunu izləyə bilmək üçün xüsusi bir külək tuneli təşkil etdi. Tamamlanması 3 il vaxt alan bu tunel süni bir çiçəyə doğru uçan kəpənəyin qanad hərəkətlərini izləmək üçün istifadə edildi. Tunelin içində çiçəyə doğru qanad çırparkən kəpənəyin qanadlarına rəngli tüstü üfləndi və rəngli tüstünün qanadlarla qarşılaşdıqdan sonra aldığı forma araşdırılaraq qanadların hava ilə necə bir qarşılıqlı təsir içində olduğu aydın oldu. Bu zaman yüksək sürətdə qeydlər götürən bir rəqəmsal kamera ilə kəpənəyin hərəkətləri qeyd olundu.

Dr. Thomas və köməkçisi Dr. Robert Srygley bu tuneli istifadə edərək Qırmızı Admiral olaraq tanınan Vanessa Atalanta növünə aid kəpənəkləri araşdırdılar. Kəpənəyin görünüşünü izlədikdə böcəyin aerodinamik qabiliyyəti qarşısında heyrətə gəldilər. Qanad hərəkətlərini və tüstü formalarını müqayisə edən elm adamları kəpənəyin dəyişən hava axımlarına çox enerji sərf etmədən, asan uyğunlaşma təmin etdiyini ifadə edirlər. Buna görə, kəpənəklər hava axınlarını qarşılamada o qədər qabiliyyətlidirlər ki, qanadlarını 6 fərqli şəkildə çırpır və çevirə bilirlər. Qanadları ilə etdikləri xüsusi hərəkətlər sayəsində havada kiçik xortumlar meydana gətirir, beləliklə əlavə qaldırma gücü təmin etmiş olurlar. Araşdırmalarının nəticələri "Nature" jurnalında nümayiş olunan Thomas və Syrgley bu mövzuda bunları söyləyir: "Kəpənəklərin qanad çırpma hərəkətləri təsadüfi, qərarsız bir gəzişmə deyil. Bu hərəkətlər geniş bir silsilə olan aerodinamik mexanizmin hünərli şəkildə istifadə edilməsindən qaynaqlanır" (http:// news.bbc.co.uk/2/hi/science/nature /2566091.stm)

Kəpənəyin havadakı hərəkətləri akrobatik uçuş edən pilotların hərəkətlərinə bənzədilir. Dr. Thomas kəpənəklərin bu hərəkətləri edərkən yorulmadıqlarını ifadə edir. Bir atın yerimə və dörd nala qaçma arasındakı keçişləri asanlıqla edə bilməsi kimi kəpənəklər də öz istəklərinə görə bir uçuş tərzi ortaya qoya bilirlər.

Allah var Kəpənək qanadlardakı xüsusi dizaynla yanaşı, qanad hərəkətlərini təmin edən sinir sistemi də əhəmiyyətli rol oynayır. Qanadların hansı sürətdə və hansı istiqamətdə dönəcəklərini təyin edən bu sistem təyyarələrdəki elektronik sistemlərə bənzədilir.

Ancaq elm adamları kəpənəkdəki 3000 neyronla bu kompleks hərəkətləri necə edə bildiyini heç cür anlaya bilmirlər. Kəpənəkdəki idarə sistemi ən müasir təyyarələrdəkindən belə üstündür. "Nature" jurnalında Thomasın araşdırması ilə bağlı bir izah belədir:

"İnsan istehsalı olan uçan nəqliyyat vasitələrinə proqram əmrləri ilə nəzarət edilir. Ancaq proqram dizaynı illər boyu davam edən insan əməyi nəticəsində ortaya çıxır və tətbiq edilməsi üçün güclü kompüter vəsaitləri lazımdır. Halbuki, məsələn, ağcaqanadlarda uçuş idarəsi ehtimalla ağcaqanad beynində olan və təxminən 3.000 neyrondan meydana gələn bir kompleksdən ortaya çıxır. Bu ağcaqanada bir çörək qızartma maşınının sahib olduğundan daha az proses potensialı qazandırır, amma yenə də ağcaqanadlar super sürətli rəqəmsal elektroniklə təchiz edilmiş təyyarələrdən daha çevikdirlər". ("Aerodynamics: Rədd admiral agility", Nature 420, 615 - 618 (2002); 12 dekabr 2002)